CƏMİYYƏT


Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, istintaqla müəyyənləşdirilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əməkhaqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.

İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.