CƏMİYYƏT


Qax rayonunda məktəblilərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan bəhs edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şagirdlərlə görüşdə çıxış edən polis şöbəsinin rəisi Vidadi Qurbanov narkomaniyanın acı fəsadlarından bəhs edib, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər barədə məktəblilərə geniş məlumat verib. “Ağ ölüm”lə mübarizədə maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edən polis polkovniki yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın yollarından danışıb.

Daha sonra çıxış edənlər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına səbəb olan narkomaniyanın ən böyük sosial bəlalardan biri olması barədə ətraflı məlumat veriblər. Şagirdləri hər zaman sağlam həyat yaşamağa, asudə vaxtlarından səmərəli istifadə etməyə çağırıblar.

Sonda məktəblilərin suallarını cavablandıran polis əməkdaşları onlara dərslərində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.