REGİONLAR


Qax rayonunda polislər qanvermə aksiyasına qoşulublar

Qax, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin əməkdaşları “Qan ver, yaşat!” aksiyasında iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Qax Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyaya yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, polis şöbəsinin əməkdaşları da qoşulublar.

Aksiyadan əvvəl həkimlər tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qanverməyə imkan verən şəxslərdən qan götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.