REGİONLAR


Qax rayonunun Ağçay kəndinin balaca sakinlərinə bayram hədiyyəsi

Qax, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Milli Qurtuluş Günü ərəfəsində Qax rayonunun dağlıq ərazidə yerləşən Ağçay kəndinin sakinləri dəyərli bayram hədiyyəsi alıblar. İyunun 13-də bu kənddə yeni uşaq bağçası qapılarını balaca fidanların üzünə açıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların qayğısız böyümələri, sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi sahəsində davamlı tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Tədbirdə çıxış edən kənd sakinləri yeni uşaq bağçasının istifadəyə verilməsini valideynlər və uşaqlar üçün əsl bayram hədiyyəsi olduğunu deyib, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, uşaq bağçası indiyədək qəzalı vəziyyətdə olan uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Bir qruplu yeni bağça binasında uşaqların təlim-tərbiyəsi, sağlam böyümələri üçün hər cür şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.