REGİONLAR


Qax sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Bakı, 7 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından Qax rayon sakinləri yararlanıblar.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər. Görüş zamanı qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma və qaz kəmərinin yerinin dəyişdirilməsi və sair kimi suallar ünvanlanıb. Müştəri məmnuniyyətinin qorunması məqsədilə keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar. Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

Nəzərinizə çatdırırıq ki, keçirilən aksiya sayca 102-ci görüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.