REGİONLAR


Qax şəhərində dezinfeksiya işləri aparılıb

Qax, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunda tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 17-də Qax şəhərində növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.

Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində sərtləşdirilmiş karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik ciddi nəzarət tədbirləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.