REGİONLAR


Qax şəhərinin küçələrində təkrar dezinfeksiya işləri aparılıb

Qax, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 25-də Qax şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.

Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik olaraq ciddi nəzarət tədbirləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.