REGİONLAR


Qaxda 115 hektar sahəyə tütün şitilləri köçürülüb

Qax, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Qax rayonunda 400 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 115 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə rayonun təsərrüfatlarında Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən 250 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən isə 150 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.