REGİONLAR


Qaxda 13,5 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Qax, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 8 min 700 hektardan çox sahədə yay şumu qaldırılıb. Cari ilin payızında rayonda gələn ilin məhsulu üçün 13 min 500 hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, payızlıq bitkilərin səpininə sentyabrın üçüncü ongünlüyündə başlamaq nəzərdə tutulur.

Xatırladaq ki, builki mövsümdə qaxlı fermerlər 13 min 238,5 hektar taxıl sahəsindən 42 min 556 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 32,1 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.