REGİONLAR
Qaxda 14 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır
Qax, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 1454 hektarı arpa, 1300 hektarı buğda olmaqla 2754 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 14 min hektar sahədə payızlıq dənlilərin əkini planlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 10,5 min hektar sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 2,7 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 200-dək şum və becərmə traktoru, 25 toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]