REGİONLAR


Qaxda III Bal bayramı keçirilir

Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Əsrarəngiz təbiəti və zəngin milli mətbəxi ilə seçilən Qax rayonunda III Bal bayramı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın təbliği, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlıq sərgiləri ilə tanışlıq olacaq, balın süzülməsi prosesi əyani şəkildə nümayiş etdiriləcək. Baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər təqdim olunacaq, sənətkarların əl işləri sərgilənəcək.

Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.