CƏMİYYƏT
Qaxda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçiriləcək
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 25-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçiriləcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, konfrans Qax şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da başlayacaq. Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak edəcəklər.
Konfransda ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılacaq.