REGİONLAR


Qaxda Ulu Öndərə həsr olunan universal döyüş üzrə turnirdə 65 idmançı mübarizə aparıb

Qax, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən universal döyüş üzrə turnirə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Qax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən turnirdə Şəki, Oğuz və Qax rayonlarını təmsil edən 65 idmançı mübarizə aparıb.

Turnirin açılış mərasimində YAP rayon təşkilatının sədri Nizami Əhmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb. Vurğulanıb ki, Ulu Öndər idmanın inkişafına hər zaman böyük önəm verib, qayğı göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır.

Yarışa başlamazdan əvvəl idmançıların nümunəvi çıxışları olub.

Turnirin qaliblərinə medal və diplomlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.