Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb
AzerTAg.az
Qax, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Qax şəhərində keçirilən minifutbol turnirinə mayın 6-da yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin və YAP Qax rayon təşkilatının birgə təşkilatçılığı ilə aprelin 26-da şəhər stadionunda startı verilən turnirdə 15 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekun nəticələrə əsasən, Cəlayir bələdiyyəsinin komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Turaclı və Əmbərçay kəndlərinin təmsilçiləri tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.

Xəbərin mətnində orfoqrafik səhv var