REGİONLAR


Qaxda Xalq şairi Məmməd Arazın 85 illiyi qeyd olunub

Qax, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Görkəmli Xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Məmməd Araz rəsmi təltiflərini - “İstiqlal" ordenini, Xalq şairi və Əməkdar incəsənət xadimi fəxri adlarını, Dövlət mükafatını Vətənə və xalqa məsuliyyətlə xidmət edərək böyük halallıq və qürurla qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Cəfər Cabbarlı adına Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan – dünyam mənim” mövzusunda tədbirdə səsləndirilib.

Ziyalıların, ədəbiyyat həvəskarlarının iştirak etdiyi tədbirdə Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova, şairə Solmaz Elqızı və başqaları çıxış edərək Məmməd Araz dünyasına geniş nəzər salıblar.

Tədbirdə məktəblilərin ifasında Məmməd Arazın şeirləri səsləndirilib, şairin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.