İDMAN


Qaxda "Qızlar futzal kuboku" turnirinin qalibi müəyyənləşib

Bakı, 15 mart, AZƏRTAC

Qaxda 13 yaşadək məktəbli qızlar arasında "Qızlar futzal kuboku" turniri keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun 12 məktəbindən 140 şagird iştirak edib.

Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunları təşkil olunub. UEFA-nın dəstəyi ilə keçirilən turnirdə komandalar top və idman gödəkcələri ilə təmin olunublar.

İlk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim olunub.

Turaclı kənd tam orta məktəbinin komandası üçüncü, Tasmalı kənd tam orta məktəbinin şagirdləri isə ikinci yeri tutublar. Turnirin qalibi isə 5 nömrəli tam orta məktəbin komandası olub. Qum kənd tam orta məktəbinin şagirdi İlayda Murtazayeva turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır.

Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən "Qızlar futzal kuboku" layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.