REGİONLAR


Qaxda arpa biçini başa çatıb

Qax, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 13 min 26 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 10 min 270 hektarını buğda, 2 min 756 hektarını isə arpa sahələri təşkil edir. Arpa sahələrində biçin artıq başa çatıb və 7 min 828,3 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 28,4 sentner məhsul götürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, hazırda buğda sahələrində biçin davam edir. İndiyədək 6 min 451 hektar buğda sahəsində biçin aparılıb, 17 min 295 ton məhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 26,8 sentner təşkil edir. Hazırda sahələrdə 43 taxılbiçən kombayn işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.