CƏMİYYƏT


Qaxda baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb

Bakı, 27 noyabr, AZƏRTAC

Qaxda baş verən yanğın hadisəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın Qax rayonunda ümumi sahəsi 400 kvadratmetr olan mağazanın zirzəmisində baş verib. Yanğın zamanı müxtəlif xəsarətlər alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.