REGİONLAR


Qaxda başlanan “Qızlar futzal kuboku” turnirində 13 komanda mübarizə aparır

Qax, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC

Martın 13-də Qax Olimpiya İdman Kompleksində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri başlayıb. Yarışda rayonun 13 məktəb komandası iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılışında Qax Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin nümayəndəsi, Əməkdar məşqçi Dilarə Əhmədova çıxış edərək, yarışın bölgələrdə qadın futbolunun inkişafına təkan vermək məqsədi daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.

Turnirin ilk günündə qrup mərhələsi üzrə oyunlar keçirilir. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.