CƏMİYYƏT


Qaxda dayanma-durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar

Bakı, 9 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) tədbirlər planına uyğun olaraq, yol polisi əməkdaşları tərəfindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti nəzarət-profilaktik tədbir zamanı səkilərdə və piyada keçidlərində, avtobus dayanacaqlarında, eləcə də müəyyən edilməyən digər yerlərdə avtomobillərini park edən sürücülər aşkarlanıb.

Qaydaları pozan həmin sürücülər barəsində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.