CƏMİYYƏT


Qaxda dələduzluq edən iki əmioğlu saxlanılıb

Bakı, 13 may, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinə müraciət edən 3 nəfər rayon sakini özlərini firma işçisi kimi təqdim edən iki şəxsin onlara satdıqları müxtəlif məişət əşyalarının guya hədiyyəli olduğunu, hədiyyəni əldə etmək üçün isə sadəcə çatdırılma xərcini əvvəlcədən ödəməyin vacibliyi adı ilə aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb. Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, “Sədərək” ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Zəng mərkəzinə və Qax RPŞ-nin (024)-255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.