REGİONLAR


Qaxda fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb

Qax, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 785 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının baş məsləhətçisi Malik Həmzəyev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, dövlətimizin başçısının kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər Qax rayonunda da uğurla icra olunur. Belə ki, 2018-ci ilin yaz əkini dövründə rayonda 160 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş payız mövsümündə də davam etdiriləcək.

Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 9 min 478 hektara çatdırılıb. Bu bağların 6 min 228 hektarı barverəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.