REGİONLAR


Qaxda gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpininə başlanılıb

Qax, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min 550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 9 min 650 hektarına buğda, 3 min 900 hektarına isə arpa səpiləcək. Təsərrüfatlarda bir neçə gündür ki, taxıl səpininə start verilib. İlk günlər Qax Aqroparkının, İlisu və Ağyazı kəndlərinin ərazilərində 130 hektara dən üçün arpa, 20 hektara buğda toxumu səpilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 9 min 860 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 3 min tonadək toxum fondu tələb olunur. Ayrılan toxum laboratoriya müayinəsindən keçirilərək təmizlənib və dərmanlanıb. Səpində iştirak edəcək 200-dək traktor və 55 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.

Qeyd edək ki, builki mövsümdə rayonda 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 289 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.