REGİONLAR


Qaxda gənclər üçün yay düşərgəsinin proqramı maraqlı və rəngarəng olub

Qax, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qaxda gənclər üçün təşkil edilən yay düşərgəsi avqustun 12-də başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən düşərgədə 25 gənc iştirak edib.

Mərkəzin Qax nümayəndəliyinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, üç gün davam edən yay düşərgəsinin proqramı maraqlı və rəngarəng olub. Düşərgə müddətində iştirakçılar üçün “Düşərgədə çadır necə qurulur?”, “Stresin idarə olunması” təlimləri keçirilib, “Hiking”, “Nə? Harada? Nə zaman?” intellektual yarışı, enercayzerlər, idman oyunları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.