CƏMİYYƏT


Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir

Bakı, 24 noyabr, AZƏRTAC

Sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən ərzaq satışı ilə məşğul olan mağazalarda, apteklərdə, ATM-lərin qarşısında, eləcə də açıq ictimai məkanlarda reydlər keçirilir.

Karantin rejiminin tələbləri vətəndaşların diqqətinə çatdırılır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu qaydalara riayət etmələrinin vacibliyi vurğulanır. Karantin rejimi qaydalarını pozan, tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda qanunvericiliyə uyğun olaraq, onlar inzibati məsuliyyətə cəlb olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.