REGİONLAR


Qaxda keçirilən “Şən startlar” yarışında 70-dək uşaq fiziki bacarıqlarını nümayiş etdirib

Qax, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində keçirilən “Şən startlar” yarışında rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təlim-tərbiyə alan 70-dək uşaq öz fiziki bacarıqlarını nümayiş etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış erkən yaşlarından uşaqlarda cəldlik, çeviklik və dözümlülük vərdişlərini formalaşdırmaq, onların bədən tərbiyəsi və idmana marağını artırmaq məqsədi daşıyır.

Yeddi komandanın iştirak etdiyi yarışda şəhərdəki 5, 4 və 6 nömrəli uşaq bağçalarının komandaları müvafiq olaraq ilk üç yeri tutublar. Qalib komandaların üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.