REGİONLAR


Qaxda şəhid hərbi qulluqçu Emil Fətəliyevin xatirəsi anılıb

Qax, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Emil Fətəliyevin il mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qax rayonunun Qorağan kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin təmsilçiləri, Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Emil Fətəliyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar.

Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Fətəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.