REGİONLAR
Qaxda sərbəst güləş üzrə turnirdə 200-dən çox yeniyetmə idmançı mübarizə aparıb
Qax, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhərlərarası turnirə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Gəncə, Yevlax və Mingəçevir şəhərlərini, həmçinin Ağdam, Şəki, Oğuz, Zaqatala və Qax rayonlarını təmsil edən 200-dən çox yeniyetmə güləşçi qüvvəsini sınayıb. İdmançılar iki yaş qrupu üzrə 11 çəki dərəcəsində mübarizə aparıblar.
Rayon Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
- 27.03.2024 [20:01]