REGİONLAR
Qaxda taxıl əkini sahələri 978 hektar artıb
Qax, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün taxıl səpini müvəffəqiyyətlə başa çatıb. Kampaniya dövründə fermerlər 13 min 868 hektar sahəyə toxum səpiblər. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 978 hektar artıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Taxıl əkinlərinin 10 min 795 hektarını buğda, 3 min 73 hektarını isə arpa sahələri təşkil edir.
Xatırladaq ki, ötən il rayonun fermerləri 12 min 890 hektar taxıl sahəsindən 36 min 395 ton məhsul götürüblər.
Hazırda təsərrüfatlarda taxıl əkinlərinə aqrotexniki qulluq işləri aparılır. Fevral-mart aylarında isə sahələrə yemləmə gübrəsi veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]