CƏMİYYƏT


Qaxda üç tona yaxın narkotik tərkibli bitki məhv edilib

Bakı, 8 iyun, AZƏRTAC 

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları ümumi çəkisi üç tona yaxın olan 5350 ədəd narkotik tərkibli bitkini yandıraraq məhv ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.