CƏMİYYƏT


Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Bakı, 16 noyabr, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin olunsa da o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barədə Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.