CƏMİYYƏT


Qaxda yol polisi sürücü və sərnişinlərə isti hava ilə bağlı kömək göstərib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən belə tədbir zamanı rayonun bir neçə yerində, xüsusilə də turistlərin daha çox üz tutduğu məkanlara gedən yollarda müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusilə avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin su paylayıb, onların səhhətləri ilə maraqlanıblar.

İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerində həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. Yol polisi isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.