CƏMİYYƏT
Qaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 64 santimetrə çatıb
Bakı, 14 mart, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin martın 14-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 29, Sarıbaşda (Qax) 17, Beyləqanda 11, Balakən, Oğuzda 9, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8, Ağdam, Yardımlı, Şəkidə 7, Tərtər, Qəbələdə 6, Bərdə, Yevlaxda 5, Biləsuvar, Mingəçevir, Zərdab, Qrız, Quba, Tovuzda 4, Göyçay, İmişli, Gədəbəy, Qobustanda 3, Ağdərə (Ordubad), Naftalan, Şəmkir, Şabran, Ağstafa, Qusar, Kürdəmir, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Göygöl, Gəncə, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Ağsu, Şahdağ, Qax, Göytəpə, Ceyrançöl, Xınalıq, İsmayıllı, Şamaxı, Xaçmazda 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3, Bakı, Maştağada 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şahdağda 48, Xaltanda 29, Altıağacda 28, Kişçayda (Şəki) 23, Daşkəsəndə 21, Ləzədə 17, Qrızda 13, Göygöldə 8, Ağdərədə (Ordubad) 6, Lerikdə 4, Yardımlı, Xınalıq, Şəkidə 3, Qobustanda 2, Zaqatala, Qubada 1 santimetr təşkil edib.
Şərq küləyi əsib, arabir saniyədə Hacıqabulda 24, Naftalan, Sabirabad, Culfada 20, Gəncə, Naxçıvanda 18, Tərtərdə 16, Şirvanda 15 metrədək güclənib.
Havanın minimal temperaturu Bakıda iqlim normasından 2° aşağı olub. Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 7°-dək şaxta, dağlıq rayonlarda 10-14° şaxta, aran rayonlarında 1-4° isti qeydə alınıb.