REGİONLAR


Qaxın daha bir kəndində modul tipli məktəb quraşdırılır

Qax, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun Amanlı kəndində ibtidai məktəb üçün quraşdırılan 20 şagird yerlik yeni bina yaxın vaxtlarda istifadəyə veriləcək. Hazırda binada son tamamlama işləri görülür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, yeni məktəb binası son üç ildə rayonda quraşdırılan sayca səkkizinci modul tipli məktəbdir. Bundan əlavə, ötən il rayonun Tasmalı və Əlibəyli kəndlərində də tam orta məktəblər üçün 264 və 216 şagird yerlik yeni binalar tikilib istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.