REGİONLAR


Qaxın emal məntəqəsi indiyədək fermerlərdən 6156 ton yaşıl tütün kütləsi qəbul edib

Qax, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında tütün yığımı başa çatmaq üzrədir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi bu günədək fermerlərdən 6156 ton yaşıl tütün kütləsi qəbul edib. Bu, ötən il məntəqənin mövsüm ərzində qəbul etdiyi yaşıl tütünün həcmindən 728 ton çoxdur. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 780 ton quru tütün istehsal olunub. Quru tütün istehsalında da əvvəlki illə müqayisədə 90 ton artım qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.

Məntəqə müdirinin sözlərinə görə, hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının 41-də tütünün qurudulması prosesi davam edir. Proses başa çatdıqdan sonra məntəqə üzrə istehsal olunan quru tütünün həcmi bir az da artacaq. Bundan əlavə, yaxın günlərdə məntəqəyə qurudulmaq üçün daha 40-50 ton yaşıl tütün kütləsinin daxil olacağı gözlənilir.

Polad Mirzəxanov bildirib ki, Qorağan kəndindən olan fermer Telman Şahmalıyev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 413 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. O, bu il 75 hektar sahədə tütün yetişdirib. Qaxingiloy kənd sakini Elşən İbrahimov mövsüm ərzində məntəqəyə 191 ton, fermer Namik Fərhadov isə 182,6 ton yaşıl tütün gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.