REGİONLAR


Qaxın təsərrüfatlarında 4200 hektarda yay şumu çıxarılıb

Qax, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Taxıl yığımı başa çatdıqdan sonra Qax rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək təsərrüfatlarda 4200 hektaradək sahədə yay şumu qaldırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ildə rayonda gələn ilin məhsulu üçün 13 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Rayonda taxıl biçini başa çatmış ərazilərdə təkrar qarğıdalı əkini isə artıq yekunlaşıb. Torpaq mülkiyyətçiləri bu il 601,5 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkiblər.

Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.