REGİONLAR


Qaxın təsərrüfatlarında 7800 hektaradək taxıl sahəsində şərti suvarma işləri aparılacaq

Qax, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 6 min 150 hektarı buğda, 2 min 927 hektarı arpa olmaqla, 9 min 77 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 13,3 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, səpin aparılan sahələrdə suvarma işlərinə də başlanılıb. İndiyədək 430 hektar taxıl sahəsi suvarılıb. Ümumiyyətlə, yaxşı bitiş alınması üçün 7 min 800 hektaradək taxıl sahəsində şərti suvarma işlərinin aparılması nəzərdə tutulur.

Bildirilib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 12,5 min hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min 900 tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.