REGİONLAR


Qaxlı fermer: Gübrələrin güzəştli şərtlərlə səyyar satışı işimizi xeyli asanlaşdırır

Qax, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında fermer və torpaq mükliyyətçilərinin mineral gübrələrlə, pestisidlərlə təminatı böyük rol oynayır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kəndlərdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışının təşkil edilməsi vətəndaşların ürəyincədir. ASC tərəfindən həyata keçirilən səyyar satışdan yararlanan torpaq mülkiyyətçilərindən biri də Qax rayonunun Güllük kənd sakini Rəsmiyyə Məmmədovadır.

Kənd Təsərrüfatı Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirən qaxlı fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Uzun illərdir bitkiçilik sahəsində çalışıram. Ötən il 35 hektar qarğıdalı sahəsinin hər hektarından 130 sentner, 25 hektar buğda sahəsinin hektarından isə 45 sentner məhsul götürdüm. Yüksək məhsuldarlığa nail olmaq üçün əkin zamanı aqrotexniki qaydalara ciddi əməl etməlisən, əkin sahələrinə vaxtı-vaxtında mineral gübrə verməlisən. Əvvəllər gübrə əldə etmək çox çətin idi. Gübrə və pestisidləri uzun məsafə qət edərək müxtəlif satış yerlərindən, qonşu rayonlardan alırdıq. Bu da vaxt itkisinə, əlavə məsrəflərə səbəb olurdu. Hazırda yaz tarla işlərinin qızğın çağıdır. İlk dəfədir ki, kəndimizdə gübrənin səyyar satışı təşkil olunub. Bu, işimizi xeyli asanlaşdırıb. Ən əsası isə odur ki, mineral gübrələr 70 faiz güzəştlə satılır. Dövlətimiz həmişə olduğu kimi, gübrənin satışında da torpaq mülkiyyətçilərinə çox böyük dəstək göstərir. Bu köməyə görə torpaq mülkiyyətçiləri adından dövlətimizin başçısına, həmçinin əlaqədar qurumlara minnətdarlığımızı bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.