REGİONLAR


Qaxlı fermerlər indiyədək 315 hektar sahəyə tütün şitili köçürüblər

Qax, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinin qızğın çağıdır. Məhsul istehsalçıları indiyədək 4300 hektardan çox yazlıq bitkilər əkiblər. Ümumiyyətlə, bu il rayonda yazılıq bitkilərin əkin sahəsinin 4845 hektara çatdırılması proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari ildə rayonun təsərrüfatlarında 532 hektarda tütün əkilməsi planlaşdırılır. Fermerlər bu günədək 315 hektar sahəyə tütün şitili köçürüblər. Bundan əlavə, məhsul istehsalçıları indiyədək 321 hektar sahədə kartof, 345 hektarda tərəvəz, 1722 hektarda qarğıdalı, 101 hektarda soya, 100 hektarda lobya, 177,5 hektarda bostan bitkiləri əkib, 288,5 hektara vələmir, 951 hektara çoxillik yonca toxumu səpiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.