REGİONLAR


Qaxlı fermerlər indiyədək sahələrdən 15 min tondan çox dən qarğıdalı tədarük ediblər

Qax, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 1887 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 1802 hektar sahənin məhsulu yığılıb, 15,3 min ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 84,7 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən çox qarğıdalı əkini Ləkit kəndində aparılıb. Bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 300 hektarda qarğıdalı yetişdiriblər. Tasmalı kəndinin ərazisində bu il 250 hektar, Güllük kəndində 245 hektar, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində isə 180 hektarda dən üçün qarğıdalı əkilib. Cari mövsümdə rayonun Əlibəyli və Qaxingiloy kəndlərinin torpaq mülkiyyətçiləri hər hektardan 90 sentnerdən çox məhsul götürüblər.

Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.