REGİONLAR


Qaxlı gənclər “Qaçqınlarla bir addım atın” kampaniyasına qoşulublar

Qax, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının elan etdiyi “Qaçqınlarla bir addım atın” devizi altında keçirilən “Qaçqınlarla” kampaniyasına qaxlı gənclər də fəal qoşulublar. Kampaniya çərçivəsində Qax şəhər stadionunda keçirilən idman oyunlarında 28 gənc idmançı iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda məskunlaşan məcburi köçkün ailələrinin uşaqlarının da qatıldıqları idman tədbirlərində gənc idmançılar əvvəlcə 1500 metr məsafəyə kross qaçışı yarışında iştirak ediblər. Sonra mini futbol üzrə yoldaşlıq görüşü keçirilib. Hər iki yarışda iştirakçılar, ümumilikdə, 40 minədək addım atıblar.

Beynəlxalq kampaniyanın şərtlərinə görə, oyunlarda iştirak edən gənclər müvafiq internet səhifəsində kampaniyaya qoşulduqlarını və qət etdikləri məsafəni qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.