Qaxlı gənclər “Texno-mən” adlı təlimdə iştirak ediblər
AzerTAg.az
Qax, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi gənclərə yeni layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclərə təqdim olunan “Texno-mən” adlı təlimdə iştirakçılara “Sosial media nədir?”, “Sosial media mütəxəssisi”, “Kiber təhlükəsizlik”, “Robot texnologiyası” və digər mövzular barədə ətraflı məlumat verilib. Tural Sadıqlının təqdimatı ilə keçirilən təlim iki gün davam edib. Təlimin sonunda gənclərin mövzularla bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.
E.Həşimli belə təlimlərin gənclərin fərdi inkişafına və karyerasına müsbət təsir göstərdiyini bildirib.




Xəbərin mətnində orfoqrafik səhv var