REGİONLAR


Qaxlı gənclər “ZirvədəSən” layihəsi çərçivəsində İlisu kəndindəki dağın zirvəsinə yürüş ediblər

Qax, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri “ZirvədəSən” layihəsi çərçivəsində İlisu Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən dağın zirvəsinə yürüş ediblər. Gənclər əllərində üçrəngli Azərbaycan bayrağı dağın zirvəsinə qalxaraq, oradan İlisu kəndinin əsrarəngiz təbiət gözəlliklərini seyr edib, mənalı və əyləncəli bir gün keçiriblər.

Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənc könüllülər mərkəz tərəfindən həyata keçirilən layihələr içərisində “ZirvədəSən” layihəsinə həmişə xüsusi maraq göstərirlər. Layihə çərçivəsində qaxlı gənclər bundan əvvəl də rayon ərazisində yerləşən dağların zirvələrinə yürüşlər təşkil ediblər.

Mərkəzin direktoru bildirib ki, belə layihələrin həyata keçirilməsində əsas məqsəd gəncləri streslərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, eyni zamanda, rayonun əsrarəngiz təbiət guşələri ilə yaxından tanış etməkdir.

Yürüş zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.