CƏMİYYƏT


“Qaya İnşaat” Mənzil-Tikinti Kooperativinin məsul şəxsi cəzalandırılıb

Bakı, 5 may, AZƏRTAC

Bakının Xətai rayonu, Gəncə prospekti, 2942 A ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Qaya İnşaat” Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən tikinti işlərinin aparıldığı məlum olub: “Araşdırma zamanı tikinti altına düşən zeytun və tut ağacının ekspertiza rəyi olmadan çıxarılaraq yaxınlıqdakı yaşıllıq sahədə əkildiyi müəyyən edilib. Faktla bağlı MTK-nın məsul şəxsi Rəşad Abbasov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Tikinti aparılan ərazinin ətrafındakı ağacların qorunub saxlanması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.