DÜNYA


Qayanada üçgünlük matəm elan edilib

Qayanada üçgünlük matəm elan edilib

Bakı, 23 may, AZƏRTAC

Qayana Prezidenti Mohamed İrfaan Ali məktəb yataqxanasında baş verən yanğında 19 uşağın ölümündən sonra üçgünlük matəm elan edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Xahiş edirəm ki, biz millət olaraq növbəti üç günü bu uşaqlar, onların yaxınları və ictimaiyyət üçün dualara həsr edək”, - mətbuat xidməti Prezidentin sözlərini sitat gətirib.

Yanğın Madiya şəhərində orta məktəbin yataqxanasında bazar ertəsi gecə baş verib. Rəsmi məlumata görə, 18 qız və bir oğlan faciənin qurbanı olub. Yanğınsöndürmə xidməti hesab edir ki, hadisə yandırma nəticəsində baş verib. Cavabdeh şəxslər hələ müəyyən edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.