İDMAN


Qayayadırmanma üzrə təlim-məşq toplantısı keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən Nardaran qəsəbəsi yaxınlığındakı təbii qayalıqlarda qayayadırmanma üzrə təlim-məşq toplanışı keçirilib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, əsas məqsəd idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir. Təlimlərdə, eyni zamanda, Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə 37-ci Beynəlxalq Kəmaliyyə festivalında Azərbaycanı təmsil edəcək qızlardan ibarət FAİREX komandasının tərkibinin müəyyənləşdirilməsi üçün seçim turniri keçirilib.

İlk üç yeri tutan qadın idmançılar Türkiyədə təbii qayalarda keçirilən beynəlxalq qayaydırmanma festivalında Azərbaycanı təmsil edəcək komandanın tərkibinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.