MƏDƏNİYYƏT


“Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi keçiriləcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunur.

Şirkətlər qrupundan AZƏRTAC-a bildirilib ki, sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70 faizi “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara çatacaq.

Sərgi çərçivəsində 3 nominasiyada müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və “YAŞAT” Fondunun imzası olan diplomlar təqdim olunacaq.

Əsərlərin mövzusu sərbəstdir. Təqdim olunan əsərlər tanınmış rəssam heyəti tərəfindən qiymətləndiriləcək.

Qiymətləndirməyə təqdim etmək istədiyiniz əsərin fotosunu [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.

Sərgi Müasir İncəsənət Mərkəzində 2021-ci il 5-11 noyabr tarixlərində keçiriləcək.

Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.