CƏMİYYƏT


Qayınanasını qətlə yetirən, arvadını isə öldürməyə cəhd edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də rayonun Şiştəpə kənd sakini Sədaqət İbadullayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni İntizam Hüseynovun aralarında yaranmış mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası Sədaqət İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə və arvadı Mahizər Hüseynovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İntizam Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.