Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Yuri Sentyurindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qaz İxrac edən Ölkələrin Forumu adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram.

Sizin seçkilərdə qələbəniz xalqınızın tarixində parlaq dövr olmaqla, Azərbaycan xalqının öz ölkəsinin gələcəyinin müəyyənləşdirilməsində Sizə olan inamını bir daha təcəssüm etdirir. Sizin bənzərsiz idarəçilik təcrübəniz Azərbaycan üçün nadir dəyər olmaqla, Sizə ölkənizin ehtiyac duyduğu güclü idarəçiliyi davam etdirməyə imkan verir.

Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv kimi Azərbaycan təşkilatın fəaliyyətində aktiv iştirak etmiş və Forumun qaz ixracatçılarının əksər sahələrdə mənfəətinə hesablanan məqsədlərinə nail olmaq istiqamətində birgə fəaliyyəti dəstəkləmişdir. Əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanı Qaz İxrac edən Ölkələrin Forumunun tamhüquqlu üzvləri arasında görməyə ümid edirik.

Cənab Prezident, Sizin administrasiyanıza müvəffəqiyyət, Sizə və ailənizə firavanlıq, Azərbaycana sülh və tərəqqi arzulayıram.

Bir daha Sizə ən yüksək salamlarımı və ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

 

Yuri Sentyurin

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin