CƏMİYYƏT


Qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Bakı, 13 fevral, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.